Sığorta Ehtiyatı Fondu

sığorta haqları sığorta ödənişlərini təmin edə bilmədikdə yaranmış fərqi ödəmək üçün sığorta şirkətinin təsis etdiyi pul vəsaitləri fondu.
Sığorta Edən
Sığorta Etdirən
OBASTAN VİKİ
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Qızıl ehtiyatı
Qızıl ehtiyatı — Ölkənin xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondu. Bir ton qızıl təxminən 32150.75 unsiyaya bərabərdir.
Su ehtiyatı
Su ehtiyatları – İstifadəyə yararlı sular: çay, göl, kanal, su anbarı, dəniz və okean suları, yeraltı sular, torpaqdakı rütubət, buzlaq suları (buz), atmosferdəki su buxarları daxildir. Su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma, hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur. Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi Su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır (1 m³ çirkab su 40-50 m³ təbii çay suyunu çirkləndirir və yararsız hala salır). Azərbaycan respublikasında Su ehtiyatlarının əsas hissəsini çay suları, 10,3 km3 -i yerli çayların suları) təşkil edir.
Selus ov ehtiyatı
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur. Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır. Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur. Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib.
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Qarant Sığorta
Rəvan Sığorta
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir. Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
ABŞ Strateji Neft Ehtiyatı
ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca Texas və Luiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır. 1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir. ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür. 2004-cü ilin mayı - 659,5 milyon barel. 2007-2008-ci illərdə ehtiyatlar orta hesabla gündə 70 min barel artırıldı . 2008-ci il 16 may - 702,7 milyon barel. 2009-cu il 11 may - 725.1 milyon barel .
Ehtiyat fondu
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Hedc fondu
Hedc fondu — Səciyyəvi olaraq, çox gəlirli möv qeləri götürməklə və qısa alış, svop, derivativlər, proqram ti carəti və arbitraj kimi aqres siv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyi şikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur. Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyyət qoyulur.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Qətər Fondu
Rokfeller Fondu
Rokfeller Fondu (ing. Rockefeller Foundation) — Beşinci prospekt, 420, Nyu York ünvanında yerləşən amerikan özəl fondu və xeyriyyəçi tibbi tədqiqat və incəsənəti maliyyələşdirən təşkilat. ABŞ-da Karnegi Korporasiyasından sonra ikinci ən qədim xeyriyyə təşkilatı olan fond, 2015-ci ildə ümumi ianəyə ABŞ-ın 39-cu ən böyük fondu idi. 2016-cı ilin sonuna qədər aktivlər 4,1 milyard ABŞ dolları (2015-ci ildən bəri dəyişmədi), illik qrantlar isə 173 milyon dollar təşkil edib. İƏİT-nın məlumatına görə, fond 2021-ci ildə inkişaf üçün 283,9 milyon ABŞ dolları ayırıb. Fond cari dollarla 14 milyard dollardan çox vəsait ayırıb. Fond Standard Oil maqnatı Con Rokfeller və oğlu, həmçinin onların əsas biznes məsləhətçisi Frederik Taylor Qeyts tərəfindən 1913-cü il mayın 14-də, nizamnaməsi Nyu-York ştatının qanunverici orqanı tərəfindən verildiyi zaman başlamışdır. Fondun 1930-cu illərdən etibarən beynəlxalq nüfuzu və qlobal qeyri-hökumət təşkilatlarına böyük təsiri var. Ümumdünya Səhiyyə Təşkilatı, fondun insanları öyrənmək və müalicə etmək üçün həkimləri xaricə göndərən Beynəlxalq Sağlamlıq Bölməsindən nümunə götürür. Milli Elm Fondu və Milli Səhiyyə Agentliyi da Rokfeller tərəfindən maliyyələşdirilən iş əsasında modelləşdirilmişdir.
Vikimedia Fondu
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır. Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir. Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir. Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
Vikimediya Fondu
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır. Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir. Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir. Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
Yanq Fondu
Yanq Fondu — 2005-ci ildə Böyük Britaniyada yaradılıb və hazırda ona Cef Malqan rəhbərlik edir. Bu fond özünü sosial innovasiyalar mərkəzi adlandırır və öz fəaliyyəti ilə praktiki layihələri, yeni müəssisələrin yaradılması, tədqiqat və nəşriyyat işlərini birləşdirir. Fond ingilis sosioloqu, sosial aktivist və siyasətçi Maykl Yanqın (Michael Young 1915 - 2002) şərəfinə adlandırılmışdır.